Bakı metrosuna 2 yeni qatar gətirildi

Bakı metrosuna 2 yeni qatar gətirildi

Hazırda oxunan: Bakı metrosuna 2 yeni qatar gətirildi

100250

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb.

Bunu Bizim.Media-ya QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Ötən ay göndərilmiş 2 qatar (10 vaqon) artıq Nərimanov elektrik deposundadır. Müqavilə şərtlərinə uyğun olaraq, digər 2 qatarın da ilin sonuna qədər Azərbaycana gətirilməsi planlaşdırılır", - o deyib.
Yeni qatarların Həzi Aslanov-Dərnəgül xəttinə buraxılması gözlənilir.

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO