Mehriban Əliyeva Xırdalandakı partlayışdan zərər çəkənləri nəzarətə götürdü

Mehriban Əliyeva Xırdalandakı partlayışdan zərər çəkənləri nəzarətə götürdü

Hazırda oxunan: Mehriban Əliyeva Xırdalandakı partlayışdan zərər çəkənləri nəzarətə götürdü

10017

Abşeron Rayon İcra Hakimiyyətində bu ilin yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş verən partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1 B saylı binanın sakinləri ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə icra hakimiyyətindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Xırdalanda partlayış - dağıntılar altından 6 nəfər çıxarıldı - VİDEO

Xırdalanda dağıntılar altından azyaşlı qızın meyiti çıxarıldı


Görüşdə rayon icra kakimiyyətinin başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov iştirak edib.

İ.Gülməmmədova baş vermiş hadisədə dünyalarını dəyişənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyib. İcra başçısı qeyd edib ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir.

Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ.Gülməmmədova vurğulayıb ki, hazırda Fövqəlada Hallar Nazirliyinin əməkdaşları tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılıb. Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ.Gülməmmədova bina ilə bağlı qərarın araşdırmanın nəticəsində veriləcəyini söyləyib.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi birinci növbədə görülməsi vacib olan məqamdır.

Qış fəsli olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal normal şəraitli kirayə mənzillərlə təmin edilib. Onun sözlərinə görə, FHN-nin verəcəyi qərardan asılı olaraq aparılacaq təmir işləri də surətli şəkildə həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO