Azərbaycanlılar Avropanın ən döyüşkən xalqı seçildi – REYTİNQ+FOTOFAKT

Azərbaycanlılar Avropanın ən döyüşkən xalqı seçildi – REYTİNQ+FOTOFAKT

Hazırda oxunan: Azərbaycanlılar Avropanın ən döyüşkən xalqı seçildi – REYTİNQ+FOTOFAKT

100098

Vətənləri uğrunda döyüşməyə hazır olan xalqların adları açıqlanıb. Bu barədə sorğular üzrə dünyanın aparıcı təşkilatı olan Gallup İnstitutunun əməkdaşları məlumat yayıblar. Məlumatda deyilir ki, 64 ölkənin sakinləri arasında ən döyüşkən xalqı müəyyən etmək üçün sorğu keçirilib.

Keçirilən sorğuda Azərbaycan birinci yerdə qərarlaşıb. Azərbaycanlıların 85 faizi Vətən uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər. Maraqlıdır ki, sorğuda Ermənistan axırdan 4-cü yeri tutur. Ermənilərin yalnız 18 faizi vətən üçün döyüşmək istəyir. Siyahıda sonuncu yeri Niderlan tutur.

Bəs, xalqımızın döyüş ruhunun yüksək olmasının səbəbləri nədir?

Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyevlə həmsöhbət olduq. O, Bizim.Media-ya bildirdi ki, Azərbaycan ərazisinin 20 faizi 30 ilə yaxın işğalda qalsa da xalqımız heç zaman bununla barışmadı:

“Ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməməsinin tək səbəbi bəzi superdövlətlərin maraqları olub. Onlar uzun illər bu problemin danışlqlar yolu ilə həll ediləcəyini və yenidən müharibənin başlanmasının arzuolunmaz olduğunu bəyan ediblər. Təbii ki, ötən illərdə Azərbaycan dövləti sülh danışıqlarında iştirak etsə də ordu quruculuğunu davam etdirib. Çünki, dəfələrlə Ali Baş Komandan bəyan etmişdi ki, “lazım gələrsə biz öz torpaqlarımız hərbi yolla azad edəcəyik”. Bu bəyanatın arxasında real iş və xalqın birliyi, inamı dayanırdı. Azərbaycan xalqı bütün məqamlarda öz torpaqlarını hərbi yolla azad etməyə çalışırdı. Bunu biz 2016-cı ilin aprelində də və 2020-ci ilin iyulunda da gördük”.

Hərbi ekspert əlavə etdi ki,  torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycan xalqı fürsət gözləyirdi:

“Bu fürsət 2020-ci ilin 27 sentyabrında ələ düşdü. Ermənilərin növbəti təxribatı xalqımızın səbrini daşdırdı. Və regiondakı geosiyasi vəziyyəti zərgər dəqiqliyi ilə öyrənib, qiymətləndirən Ali Baş Komandan məhz sentyabrın 27-də orduya hücum əmri verdi. Ordumuzun hərbi gücü, hərbçilərimizin döyüş ruhu  və Prezident-xalq biriliyi çox qısa zamanda torpaqlarımızın işğaldan azad olması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələndi. Yəni Azərbaycan xalqı hər zaman döyüşkən olub. Sadəcə, son 30 ildə bu ruhu beynəlxalq güclər qəfəsə salmışdı”.

Elxan Şıxəliyev onu da bildirdi ki, tək bir faktı deyim ki, 44 günlük müharibədə bir dənə də olsun fərarilik faktı olmdadı:

“Bu dünyanın hərb tarixində nadir hadisədir. Gəlin indiki Rusiyaya, Ukraynaya və lap elə Ermənistana baxaq. Addımbaşı fərariliklə rastlaşırıq. Ən maraqlısı da odur ki, Azərbaycan xalqı bu gün də hücüm əhval-ruhiyyəsindədir. Ali Baş Komandan bu gün əmr versə 7-dən 77-dək hər kəs silaha sarılmağa hazırdır. Bu da xalqımızın döyüşkən ruhunu göstərir. Ona görə də sorğunun nəticələrində mən qəribə heç nə görmürüəm. Bu reallığın təcəssümüdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO