Şəmkirdə əmisi qızını öldürən gənc MƏHKƏMƏ QARŞISINDA 

Şəmkirdə əmisi qızını öldürən gənc MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Şəmkirdə əmisi qızını öldürən gənc MƏHKƏMƏ QARŞISINDA 

100045

Şəmkir rayonunda əmisi qızını qətlə yetirməkdə ittiham olunan Piri Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs, qətlə yetirilən Aytac Piriyevanın hüquqi varisi və şahidlər ifadə verib.  

İttihama görə, hadisə bu il fevralın 27-də rayonun İrmaşlı kəndində baş verib. 1998-ci il təvəllüdlü Piri Piriyev əmisi qızı, həmyaşıdı Aytac Piriyevanı qətlə yetirib.   

Məlum olub ki, hadisədən əvvəl Piri əmisi qızının yaşadığı evə gəlib. Onunla söhbəti olduğunu bildirib və qadını dağlıq əraziyə aparıb. Daha sonra isə onun boğazını kəsərək qadını qətlə yetirib.  

Məlumata görə, tərəflər arasında mübahisə foto üstündə düşüb. Belə ki, 23 yaşlı Aytac Piriyeva yazıldığı kompüter kursunda qrup yoldaşları ilə çəkdirdiyi şəkil əmisi oğlu Piri Piriyevin qəzəbinə səbəb olub.  

Bu səbəbdən də qətl hadisəsi qısqanclıq zəminində baş verib. 

Xatırladaq ki, Aytac Piriyeva bir müddət öncə ailəsindən boşanaraq anası və qardaşı ilə birlikdə İrmaşlı kəndində yaşayıb. Mərhumun bir azyaşlı oğlu var. Cinayəti törədən 23 yaşlı Piri Piriyev subay olub.  
İstintaq orqanı tərəfindən Piri Piriyevin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.  

Məhkəmədə ifadə verən Piri Piriyev ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.  

Növbəti proses noyabrın 11-nə təyin olunub.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO