Ən ölümcül siqaret növünün adı açıqlandı   - ARAŞDIRMA

Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA

Hazırda oxunan: Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA

272115
Amerikalı alimlər bu nəticəyə gəliblər ki, sağlamlıq üçün ən çox təhlükəni filtrsiz siqaretlərdir.xa0

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ABŞ-ın Cənubi Karolina Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılan yeni bir araşdırmada müəyyən edilib.

Yeni məlumatlara əsasən, filtirsiz siqaret çəkən insanların ağ ciyər xərçəngindən ölmə riski adi siqaret çəkənlərə nisbətən iki dəfə çoxdur. Ümumiyyətlə, bu cür siqaret çəkmək ölüm ehtimalını 30% artırır.
Eyni zamanda, tədqiqatçıların fikrincə, yüngül və çox yüngül siqaretlər də adi olanlardan heç də az təhlükəli deyillər.xa0 MedicalXpress saytında 23 May cümə axşamı yayımlananxa0 mətbuat şərhinə görə, 90 faiz ağ ciyər xərçəngixa0 hər iki növ siqareti çəkməklə əlaqəlidir.xa0xa0
Elmi işin müəlliflərindən biri olan Nina Tomas deyir ki, hələlik tam aydın deyil, niyə məhzxa0 filtirsiz siqaretlər daha çox təhlükəlidir. Onun sözlərinə görə, bu, onların içərisində yüksək miqdarda qatranın olması ilə də bağlı ola bilər.

Araşdırmada 55 yaşdan 74 yaşa qədər olan 14 min qatı siqaret çəkənlərin sağlamlıq vəziyyəti haqqında məlumatlardan istifadə edilmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO