Rəsulzadəni və cümhuriyyətçiləri formalaşdıran məktəb -

Rəsulzadəni və cümhuriyyətçiləri formalaşdıran məktəb - "Açıq söz" qəzeti- Şanlı səhifələr

Hazırda oxunan: Rəsulzadəni və cümhuriyyətçiləri formalaşdıran məktəb - "Açıq söz" qəzeti- Şanlı səhifələr

239090

Azərbaycan demokratik mətbuatı – özünütənqid (“Molla Nəsrəddin” məktəbi) və özünütəsdiq (“Füyuzat” məktəbi) kimi iri tipoloji ideya differnsiallaşmasından keçib. İstiqlalçı ideologiyanı “müsavat” partiyasının orqanı olan “Açıq söz” təkmilləşmiş şəkildə təqdim edir. AXC dövrü jurnalistikasının, xüsusilə, demokratik mətbuatın ideya istiqamətinin müəyyənləşməsində “Açıq söz”ün ənənələri əhəmmiyyətli rol oynayır. Azərbaycan milli istiqlal hərəkatının təkanvericisi ideyalarını təbliğ və tərənnüm edən mətbu orqanları arasında “Açıq söz” qəzetinin də misilsiz rolu olmuşdur. Bu qəzetin nəşr olunduğu illər tarixi hadisələrin kuliminasiya nöqtəsinə çatdığı, millətlərin öz müqəddəratının təyinatına can atdığı bir zaman idi. Belə bir vaxtda bu hadisələrə milli mətbuatımız da biganə qala bilməzdi və qalmadı da. Dünyada bele ciddi siyasi hadisələrin baş verdiyi bir vaxtda M.Ə.Rəsulzadə türkçülük və istiqlalçılıq ideologiyasını tətbiq etmək üçün “Açıq söz” qəzetini yaratdı. “Açıq söz” qəzetinin tematikasına nəzər saldıqda dövrün düşüncə cərəyanlarını, siyasi fikirlərini əks etdirdiyinin şahidi oluruq. Qəzetin mühərrirləri dünyada baş verən siyasi hadisələri müşahidə edir və bu hadisələr haqqında ətraflı informasiya verirdilər.
xa0
xa0 xa0“Açıq söz”ün ilk sayı 1915-ci il oktyabrın 2-də Bakıda işıq üzü gördü. Qəzetin adının altında yazılmışdı: «Siyasi-ictimai vəxa0 ədəbi Türk qəzetəsi». Çap olunduğu yer: Nikolayevski küçəsi, M. Ələkbərovun mətbəəsi, poçt N357.

xa0Bu tarix “Açıq söz” idarəsinin “Babayi-əmir”də çıxan elanına əsasən nəzərdə tutulduğu vaxtdan 8 gün tez idi. “Açıq söz” qəzetinin nəşr tarixi ilə bağlı müxtəlif mənbələrdə fərqli fikirlər söylənilir. Məsələn, “Azərbaycan Sovet Ensiklopediyası”nda qəzetin nəşr tarixi olaraq 1915-ci il avqustun 2-si, nəşr sayı 704 nömrə,son nömrəsinin çıxma tarixi olaraq da 1918-ci il 18 mart göstərilmişdir. Bu yalnış fikri N.Axundov da təsdiqləmişdir. H.Baykara isə qəzetin nəşr tarixini düzgün göstərdiyi halda (1915-1918) daha sonra yalnış olaraq (1915-1917) kimi göstərmişdir. Möhsüm Əliyev isə bu fikirlərdən tamam fərqli bir mövqedən çıxış edir. O özünün “Məmməd Əmin Rəsulzadə” adlı elmi məqaləsində qəzetin nəşr tarixini tam 3 il əvvələ çəkib; “Gizlində fəaliyyət göstərən “Müsavat” partiyasının əsas orqanı 1912-ci il avqustun 12-də nəşr olunmağa başlayan “Açıq söz” qəzeti idi”. Bir çox mənbələrdə qəzeti sonuncu sayının 1918 ci il 18 mart tarixində nəşr olunması göstərilir.xa0

Halbuki qəzet mart hadisələri zamanı fasilə vermiş, oktyabr ayının 4-də isə yenidən nəşrə başlamışdır. Oktyabr ayında qəzetin nəşr olunmasına sübut kimi Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində saxlanılan 717-724-cü saylarını göstərmək olar. Qəzetin nəşr tarixi ilə bağlı 4 oktyabr 1918-ci il,717-ci sayında “Açıq söz idarəsindən” başlığı ilə verilmiş xəbərdə deyilir: “Qanlı mart hadisəsi zamanı mətbəəmiz fəhlə şurası və erməni caniləri tərəfindən talan olunub yandırıldığı üçün qəzetimiz dayanmağa məcbur oldu. Xəbər azlığını götürmək üçün qəzetimiz şimdidən iki səhifə üzə çıxacaqdır. Qəzetimizi ancaq əhalini məlumatsız buraxmamaq üçün nəşr ediyoruq”.

xa0 Əslində “Açıq söz” qəzetinin birinci sayı 1915-ci il oktyabrın 11-də nəşr olunub. Cəmi 704 yox, 724 sayı işıq üzü görüb. “Açıq söz” 1-ci nömrəndən 717-ci nömrəsinə qədər 4 səhifə, 717-ci nömrədən 724-cü nömrəyə qədər 2 səhifə olmuşdur. Qəzetin 1918-ci il 18 mart sayına qədər olan nömrələrində redaksiyanın ünvanı, nəşr olunan mətbəənin adı və kimlər tərəfindən nəşr olunduğu dəqiq göstərilib. Lakin 4 oktyabrdan 11 oktyabra kimi olan nömrəlin heç birində mətbəə göstərilməyib. Bu da onu göstərir ki qəzetin bu sayları müxtəlif mətbəələrdə və səyyar şəkildə nəşr edilib.

Qəzet İsa bəy Aşurbəylinin “Kaspi” mətbəəsini alıb xüsusi bir mətbəəyə sahib olmuşdur. Qəzet müxtəlif vaxtlarda “İqbal”, “Novruz” vəxa0 “Orucov qardaşları”nın mətbəələrində işıq üzü görmüşdür.
xa0 xa0Müxtəlif vaxtlarda M.Ə.Rəsulzadə, M.Ə.Əbdüləzizoğlu, Orucov qardaşları, Xəlil İbrahim qəzetin redaktoru olmuşdur. Qəzetin nəşr olunduğu ikinci ilin sonunda Baş mühərrir M.Ə.Rəsulzadə, daimi mühərrir olaraq isə Sənətulla İbrahimov göstərilir. Mühərrirlərə əlavə olaraq Ömər Faiq Nemanzadə, Nəriman bəy Nərimanbəyov, Mirzə Bala Məmmədzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Abdulla Şaiq, Mahmud Nədim Qaragözov, Hüseyn Sadiq, Mehdi bəy Hacınski, Şəfiqə xanım Əfəndizadə, Yusif bəy Vəzirov (Çəmənzəminli), Xəlil İbrahimov, Cavad, Hüseyn Mircamalov, Əhməd Cövdət, Tağı Şahbazi kimi görkəmli şəxsləri göstərmək olar.

xa0 xa0“Açıq söz” qəzeti o vaxta kimi olan qəzetlərdən fərqli idi. Belə ki bu qəzet müəyyən bir proqramla meydana çıxmışdı. Bu proqramı M.Ə.Rəsulzadə “Tutacağımız yol” adlı baş məqaləsində belə göstərir: “Demək ki,sağlam,mətin və oyaq məfkurəli bir millət vücuduna çalışmaq istəriksə, zaman buna iqtiza edir – mütləq üç əsasa sarılmalıyız: Türkləşmək, islamlaşmaq və müasirləşmək”. Rusiya inqilabından sonra proqram daha da təkmilləşir və Rusiyanı ədəmi-mərkəziyyət əsası ilə qoşma xalq cümhuriyyəti qurmağı müdafiyə və türk tayfalarından ötrü təyini-müqəddərati-hüquq tələbi ilə çıxış edirdi.

M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan “Açıq söz” qəzeti Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq müsəlman və “tatar” sözlərini “türk” sözü ilə əvəz edərək, millətə “Sən türksən”, rus hökümətinə isə “Biz türkük” deyə xitab etdi.
xa0 xa0Bu haqda Rəsulzadə yazırdı: “Açıq söz” ilk dəfə olaraq o vəqtə qədər Qafqaziya müsəlmanı və yaxud tatarı deyilən xəlqin türk olduğunu cəsarət və israrla meydana qoymuş və bu xüsusda hərb sansoru ilə mübarizə etmək zərurətində qalmışdı.
xa0 xa0“Açıq söz” bu xəbərdarlıq və bu qayə ilə milləti oyatmağa başladı.
xa0 xa0“Açıq söz” qəzeti nəşrə başladığı gündən etibarən xalqı milli azadlığı uğrunda mübarizəyə səsləmiş,bir çox çatışmazlıqları çəkinmədən söyləmiş və maraqlı fikirlər yaymışdır.
xa0 xa0“Açıq söz” qəzeti xalqın ehtiyaclarından yazır, maraqlıxa0 fikirlər yayırdı.
1915-ci ilin oktyabr sayında qəzetdə M. Ə. Rəsulzadənin «Bizim ehtiyaclarımız»
məqaləsi çap olundu. Məqalədə xalqın bir çox tələblərinin hazırki şəraitdə vacibliyi
göstərilirdi; 1. Aşağı sinifli məktəblərin açılıb milliləşdirilməsi. 2. Ruhani
akademiyasının açılması. 3. Müsəlmanların hüquqlarının qaytarılması, və s.
xa0 xa0“Açıq söz” qəzetindəki məqalələrindəxa0 yalnız Azəri türkünün deyil, ümumən çar imperiyasınınxa0 əsarətindəxa0 əzab çəkən türklərin vəziyyəti açıqlanırdı. Türkləri cəsarət vəxa0 əzmlə haqq işləri uğrunda mübarizəyə çağrıldı. M.Ə.Rəsulzadənin məqalələrinin birində Türküstanın əlli ilə yaxın müddətdə hüquqsuz hala düşməyini danışırdı.xa0


xa0 xa0Bolşeviklər “Açıq söz” qəzetinin ilkxa0 nömrəsindən onun məqsəd və məramını çox yaxşı dərk etmişdir. Elə buna görə də onlarda qəzetə qarşı böyük nifrət hissi var idi. Onlar bu qəzetin redaksiyasını “Türkiyənin Bakı cəbhəsi adlandırırdılar. Hətta 1918-ci il mart hadisələri zamanı “Müsavat” partiyasının binasını və “Açıq söz” qəzetinin mətbəəsini yandıran zaman “Türkiyənin Bakı cəbhəsi”ni yıxdıq deyə sevinmişlər.[1]
xa0 xa0“Açıq söz” qəzeti 1917-ci il oktyabr inqilabından sonra Rusiyanın vəziyyətini diqqətlə izləyir. Qəzetin həmin ildəki saylarında müntəzəm olaraq bu barədə xəbərlər verilirdi. M.Ə.Rəsulzadə “Yeni hökümətin təzə bəyannaməsi” adlı məqaləsində Rusiyanın müharibədəki vəziyyətini açıqlayır.
xa0 xa0Ümumiyyətlə qəzet müntəzəm olaraq dünyada baş verən siyasi hadisələrin ciddi müşahidəsini aparır. Həftəlik ictimai-siyasi hadisələrin şərhi “İctimai-əhval” başlığı altında Rəsulzadə tərəfindən verilib (ardı var)
xa0 xa0
MODERATOR.AZ


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO