Son onilliklərdə medianı başına almışxa0 yadplanetlilərin “uçan boşqabları” haqdakı hekayətlərin uydurma olduğu üzə çıxıb.xa0
Moderator.az-ın xarici mediaya istinadla əldə etdiyi materiallardan belə qənatə gəlmək olur.xa0
XX əsrdə insanlar fəal şəkildə səmanı fəth etməyə başlayıblar. Ötən yüzillikdə minlərlə müxtəlif təyyarə modeli yaradılıb. Onların arasında çox qeyri-adi nümunələr də var idi ki, bu da asanlıqla “yadplanetlixa0 gəmiləri” hesab edilə bilərdi. Son araşdırmalardan sonra bəlli olur ki, əslində bütün bu cür qurğular Yerdə -insanlar tərəfindən hazırlanıb. Sonradan “yadplanetlilərin uçan boşqabları” barədəki əfsanələr isə sümürgəçi, saxtakar imperiyaların, xüsusən ABŞ-ın növbəti manipulyasiyalarına xidmət edən uydurmaları nəticəsində formalaşıb.
“Uçan boşqab”, “yadplanetli” uydurmalarının yaradılmasında əsasən 3 məqsəd güdülüb. Birincisi, digər düşmən və rəqib ölkələrin (burada xüsusən Almaniya –SSRİ, Almaniya- ABŞ,sonradan isə ABŞ-SSRİ qarşılıqlı düşmənçiliyi nəzərdə tutulur) ərazisində sərbəst hərbi-siyasi kəşfiyyat aparmaq üçün gerçək uçan aparatların “yadplanetli” kimi təqdim edilməsinə nail olmaq.
İkincisi, bəşəriyyətdə Yerə “yadplanetli hücumu olacağı” xofu yaradıb bununla digər ölkə və xalqları əsarət altında saxlamaq üçün nüvə silahlanmasının gücləndirilməsinə bəhanə əldə etmək.xa0
Üçüncüsü, insanların başını belə “hədsiz maraqlı” nəsnələrlə qatıb onların düşüncəsini daxili və xarici siyasətdəkixa0 problemlərdən uzaqlaşdırmaq.
Burada səmada uçan qurğuların yalnız öyrəşdiyimiz standart qanadlı təyyarə formasında olması barədə kütlədə formalaşmış stereotip də böyük rol oynayır. Əslində fizika və aerodinamika qanunları da sübit edirxa0 ki, dairəvi, disk formalı qurğuların uçabilməsində təəccüblü bir şey yoxdur. Və belə formalı uçaqlar yaratmağa təşəbbüslər hələ XX yüzilliyin əvvəllərindən başlanıb.
Beləliklə, “uçan boşqab”ların Yerdə hazırlanmasıyla bağlı 7 faktı nəzərinizə çatdırırıq:
1.“Umbrella plane”.

“Umbrella plane” haqda etibarlı məlumatlar saxlanılmayıb.
Disk şəkillixa0 uçan qurğunun yaradılmasına ilk cəhd 1911-ci ildə konstruktor-ixtiraçı Çenc Bout tərəfindənxa0 edilib.xa0 O, çətir-təyyarə yaradıb.xa0 Uçağın hazırlanmasında əsas materialxa0 olaraq ağac və qumaş parçadan istifadə edilib. Təəssüf ki, həmin qurğunun uçuşu haqqında etibarlı məlumat günümüzə çatmayıb.
2.”Fokke” təyyarəsi.

Fokke həmxa0 də vertolyotların ilk yaradıcılarından olub.
Nasistxa0 Almaniyasında inanılmazxa0 sayda qəribə qurğular hazırlanıb və yaradılıb. Bunlardan biri “Focke-Wulf” təyyarəsinin tərtibçisi olan professor Henrix Fokenin patentləşdirdiyi nəlbəki şəkillixa0 uçaq olub. Məlumdurxa0 ki, həmin qurğu turbin mühərrikinə malik olmalı və şaquli istiqamətdə uçmalı idi.xa0
3.“Arthur Sack As-6”.

“Arthur Sack As-6” qurğusunun qəribə modeli.
1939-cu ildə alman ixtiraçı Artur Zak özünün qanadları disk şəklində olan təyyarə versiyasını təqdim edib. 1944-cü ilə qədər təyyarə hazır olub və onu sınaqdan keçirməyə başlayıblar.İlk sınaqda “AS-6” yerdən qalxa bilib, ancaq bundandərhal sonraxa0 hədsiz yüklənmə səbəbi ilə sıradan çıxıb.
4.”V-173” və “XFU5-1”.

“V-173” və “XFU5-1” layihələri ordu üçün yaradılıb.
ABŞ-da qeyri-adi uçaqların hazırlanmasınaötən əsrin 40-cı illərində başlanıb.xa0 İxtiraçılar Çens Boutxa0 və Çarlz Zimmerman iki diskvari təyyarə yarada biliblər. Tədqiqatlarxa0 ABŞ Donanması və NASA-nın ( o dövrdə NACA) dəstəyi ilə inkişaf etdirilib. Uçaqlar havaya yüksəlməyə müvəffəq olublar. Lakin onlarda çoxsaylı qüsurlar aşkar edilib.
5. Üçüncü reyxin əfsanə “uçan boşqabları”.

“Bellonse” diski haqda çoxsaylı fikirlər var.xa0
Almaniyada Üçüncü Reyx dövründə yaradılmış disk tipli təyyarələr çox olub.Məsələn, “Bellonse”diski. Yeganə “əmma” həmin qurğuların mövcudluğunun gerçəkiyinin şübhə altına alınması olub.
6. “Avrocar” və “Project 1794”.

“Avrocar” və“Project 1794”layihələri ABŞ və Kanada tərəfindən həyata keçirilib.
“Avrocar” diskvari təyyarəsinin quraşdırılmasıyla Kanadanın ”Avro Aircraft Ltd” şirkətixa0 məşğul olub. 1953-cü ildə ilk prototip nümayiş etdirilib.NASA nümayəndələri modeli görən kimi dərhal layihəyə qoşulublar. Ancaq qurğu yerdən1,5 metrdənyüksəyə qalxa bilməyib.
“Project1794” təyyarəsi ötən əsrin 50-ci illərindəABŞ Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün hazırlanıb. Ammalayihəhaqqındaməlumatlarbugün də gizli saxlanılır. Bu fakt da “uçan boşqab”ların əslində kimlərə məxsus olduğunu sübut edir...xa0
7. “Sikorsky Cypher” layihəsi gerçəkdən uğurlu alınıb.

Fotoda “Sikorsky Aircraft” şirkəti tərəfindən hazırlananxa0 ilk pilotsuz hava nəqliyyat vasitəsi təsvir olunub.İlk modelin ilk uçuşu 1993-cü ildə baş tutub. O zamandanbəribirneçəmaraqlı model ortayaçıxıb. Bəzilərihəttaməhdudsayda istehsaledilərəkbugündə ABŞ ordusutərəfindənistifadəolunur.
Sultan Laçın




































































































