İbn Sinanın eşq acısı yaşayanlar üçün xüsusi resepti-     TARİX

İbn Sinanın eşq acısı yaşayanlar üçün xüsusi resepti- TARİX

Hazırda oxunan: İbn Sinanın eşq acısı yaşayanlar üçün xüsusi resepti- TARİX

181124



Qərbdə Avitsenna, Şərqdə isə “təbiblərin hökmdarı”x9d kimi tanınan İbn Sinanın adı Asiya üçün uzun əsrlərdi ki, qəndil rolunu oynayır. Onsuz da günəşi batmaqda olan Şərqə düşən ala-budda işıq parçaları elə İbn Sina və onun kimi tək-tük şəxslərə aiddir.xa0

Bir müddət Buxarada yaşayan və çalışan İbn Sina sonradan burada xa0saray çevrilişi olanda Xarəzmə köçür. Çox keçmədən dövrünün böyük alimləri Əbu Reyhan Biruni və Məsihi də bura gəlirlər. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə İbn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən İbn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.

İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, baş ağrıları, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qaytması ilə insan görür.xa0

İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Qanun ət-Tibb» adlanır. Beş cildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yolxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın hipotezini sübut etməyə müyəssər oldu”x9d.

İbn Sina insanın fiziologiyası ilə yanaşı, həmçinin, onun ruhi sağlamlığı üçün də əlindən gələni əsirgəməyib.xa0

Moderator.az onlardan yalnız birini təqdim edir: Eşq acısı yaşayanlar, uğursuz sevgiyə mübtəla olanlar üçün çox sadə üsullar tövsiyyə edir:

xa0Uğursuz sevgidən sonra insanın üzləşəcəyi kəskin depressiyanın dərmanını İbn Sina hələ X əsrdə vermişdi. O, eşq acısı çəkən, sayıqlayan, yuxusu ərşə şəkilən şəxsi müəyyən müddətdə hər gün hamama aparılmasını və bənövşə yağından istifadəni məsləhət görür. Çünki dəri nəmləşdirkcə insan nisbətən rahatlanır və o üzləşdiyi gərgin depressiyadan azacıq da olsa xilas olur.
“Bir kimsə xatirələrə daldığında ağırlaşma və sinəsində ağırlıq hiss edirsə ona xa0zəncəfil, ada soğanı, sarı əncir, qabıqsız badam və bal ilə yanaşı verilərək içirtmək lazımdır. Qoz yağı ilə birlikdə noxud suyu, şüyüd, yedirilir və isti su içirilsə fayda verər”x9d.

Elmin Nuri


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO