xa0Moderator.az Şərq mədəniyyətinin bir parçası olan Azərbaycanın orta əsrlər dövrünə səyahət edəcək və o ərəfədə yaşayan hökmdarların sevdiyi əsərlərini təqdim edəcək:
xa0Qədim Şərq mədəniyyətinin tərkib hissəsi olan Azərbaycanda orta əsrlərdə elm, xa0ədəbiyyat və mədəniyyətin yüksək inkişafı bir sıra məsələləri vərdiş halına salmışdı. Vərdişlərdən xa0biri də kitab toplamaq və mütaliə etmək idi ki, Şərqdə ən azı altı əsr (XI-XVII əsrlərdə) xa0əksər hökmdarlar belə buna riayət etməyə borclu idilər. Hökmdarlar qanlı savaşların və hər zaman üzləşə biləcəkləri saray xəyanətlərinin, xalq üsyanlarının əhatəsində olmalarına baxmayaraq kitab mütaliəsinə həyata keçirilməsi vacib sayılan proses kimi baxırdılar. Bunun da bir neçə əsas səbəbləri var idi: birincisi, xa0 hakimiyyətin irsən keçdiyi səltənətlərdə hökmdar ata gələcəkdə onu əvəz edən övladının elm, kamal sahibi olması üçün əlindən gələni edirdi. Ölkənin ən yaxşı alim, mütəfəkkir və mədrəsə müəllimləri varisin xa0savadlı, müdrik olması üçün əlindən gələni edirdilər. Təsadüfi deyil ki, Azərbaycan, eləcə də xa0Şərq ölkələrinin tarixində bir çox hökmdarların müəllimləri dövrün görkəmli filosofları olub. İkinci səbəb isə, hər hansı hökmdarın idarəçiliyi dövründə hansısa dini təriqətin xüsusi nüfuz sahibi olması ilə əlaqədardır. Bu zaman ölkənin əsas fiquru olan hökmdar həmin təriqət başçısı ilə hesablaşmaqla yanaşı, onun və başqalarının təriqətin ideologiyasını əks etdirən xa0kitablarını oxuyar və oxuduqlarından xa0ali məclislərdə misallar xa0gətirərdi.xa0

Üçüncü səbəb isə, Şərq dövlətlərində (başda ərəblər olmaqla) erkən orta əsrlərdə antik yunan və Roma dövrünə aid olan dəyərli əsərlərin yerli dillərə tərcümə olunması idi. Qeyd edək ki, müsəlman Şərqinin dünyaya verdiyi töhfələrdən biri də antik dövrə aid olan fəlsəfi, elmi və bədii əsərlərin ərəb, fars, türk və başqa dillərə tərcümə edilməsi oldu. Yoxsa, həmin əsərlərin heç biri dövrümüzə qədər gəlib çıxmazdı. Azərbaycandakı hökmdarlar, şahlar da antik dünyanın əsas düşüncə hegemonları olan Aristotel, Platonun əsərlərini bir hökm kimi oxuyub, öyrənirdilər. Aristotelin, “Ritorika”x9d, “Metafizika”x9d, “Utopika”x9d, Platonun “dövlət”x9d əsərləri səltənət sahiblərinin “stolüstü kitabları”x9didi.xa0
XII əsrdə Azərbaycan Atabəylər dövlətinin əsasını qoyan Şəmsəddin Eldəgəz dövlətdə ali mənsəb sahibi olmamışdan əvvəl sonuncu Səlcuq hökmdarı II Toğrulun övladlarının- Məhəmməd Cahan Pəhləvanın xa0və Qızıl Arslanın müəllimi, tərbiyəçisi olub. Uşaq çağlarından onları yetişdirən Şəmsəddin Eldəgəz gələcək varislərinə antik dünyanın fikir nəhənglərinin kitablarını, o cümlədən bir çox Şərq mütəfəkkirlərini oxudurdu. II Toğrul və həyat yoldaşı Möminə xatın övladlarının yüksək dərrakə sahibi olmalarından çox məmnun idilər. Bu fakt Şəmsəddini sultan ailəsinə daha da yaxınlaşdırdı. İş o yerə çatdı ki, II Toğrul öləndən sonra dul qalan Möminə xatınla elə Şəmsəddin evlənəsi oldu ki, bu da Atabəylər dövlətinin formalaşmasında əsas fakta çevrildi. Bir zamanlar tələbələri, sonradan isə ögey oğulları olan Məhəmməd və Arslan onun sayəsində qılınc tutmaqla bərabər qələmə də biganə qalmırdılar. Şəmsəddin onların hər ikisinə Firdovsinin “Şahnamə”x9dsini, Sədinin “Gülüstan”x9dını, İbn Sinanın fəlsəfi əsərlərini əzbərlətmişdi. Hər iki qardaş bu bilgilərin sayəsində müdriklik, ədalət, kamal məfhumlarını ömürlərinin sonuna qədər özlərində gəzdirdilər. Məhz bu səbəbdən ara-sıra qəzəllər də yazan Məhəmməd Cahan Pəhləvan dövrün şair və mütəfəkkirlərinə qayğısı ilə seçildi. Şamaxıda şah zülmündən qaçan Xəqani Şirvani ona sığındı. Nizami Gəncəvi onun istəyi ilə “Xosrov və Şirin”x9d poemasını yazdı. Əslində “Xosrov və Şirin”x9din yazılmasının səbəbi xa0da Məhəmməd Cahanın uşaqlıqdan mütaliə etdiyi “Şahnamə”x9d poeması oldu. Atabəy hökmdarı fars ruhunun tərənnüm olunduğu “Şahnamə”x9dyə oxşar əsər yazılmasını və orada əsasən türk qəhrəmanın ön plana çıxarılmasını Nizamidən istəmişdi.xa0

Firdovsinin “Şahnamə”x9d, Sədinin xa0“Gülüstan”x9d əsərləri nəinki fars, hətta bütün Şərq mədəniyyətinin nəhəng ədəbi inciləridir. Müxtəlif dillərə tərcümə olunan bu iki əsər əksər Şərq hökmdarlarının bəlkə də əzbər bildiyi bədii nümunələr idilər. Hökmdarlar hələ taxta çıxmazdan əvvəl, yəni varis titulu daşıyan zaman tərbiyəçiləri onlara “Şahnamə”x9dni oxudardılar. “Qurani-Kərim”x9ddən sonra gələcək şahlara ən çox diktə edilən poemanın qəribə yazılma tarixçəsi var: digər xa0adı “Şahlar haqqında kitab”x9d olan xa0əsər İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir. xa0“Şahnamə”x9dnin müəllifi Ə. Firdovsi bu ləqəblə bütün Şərqdə tanınıb. Firdovsi “Şahnamə”x9d poeması üzərində 35 il işləyib. Demək olar ki, həyatının yarısını bu poemaya həsr edib. Əsərə görə, Sultan Mahmud Qəznəvi xa0Firdovsiyə külli miqdarda qızıl pul vəd etsə də, poemanı bəyənmədiyi üçün vəfinə xilaf çıxır. Əsərin hər beyti üçün qızıl yox, gümüş pul verir. xa0 Şair bunu özünə və poemasına hörmətsizlik kimi qəbul edir və sultanın göndərdiyi gümüş pulların hamısını elə oradaca kasıblara, fəqirlərə paylayır. Şairin bu hərəkəti sultanın acığına gəlir. Bu hadisədən sonra Firdovsi öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır və lap qoca yaşlarınadək vətəndən kənarda bir həyat yaşayır. Sonradan geri qayıtsa da, artıq gec idi.
xa0Azərbaycan hökmdarlarından Məhəmməd Cahan və Arslanla bərabər, Şirvanşah Axsitan, İbrahim Dərbəndi, xa0Şah İsmayıl Xətai, Şah Təhmasib və başqaları “Şahnamə”x9dnin xa0daimi oxucularından olublar. Ə. Firdovsinin yaratdığı möhtəşəm “Şahnamə”x9d poeması 120.000 beytdən, yəni ”“ 240.000 misradan ibarətdir. Bu dünya ədəbiyyatı tarixində ən böyük poemadır. Poema sırf fars dilində yazılıb. Bu da fars dilinin “gəlmə”x9d sözlərdən təmizlənməsində və inkişafında əvəzedilməz xa0rol oynayıb.xa0
Yuxarıda adını qeyd etdiyimiz “Gülüstan”x9d əsəri də ( Sədi Şirazi) əsl hökmdar masasının bəzəyi olub. Bəzi şahlara dərs deyən müəllimlər, “Qurani Kərimin”x9d oxunuşundan sonra həmən Sədinin “Gülüstan”x9dını tədris edirdilər. Bu səbəbdən də həmin proqram Azərbaycanın bir çox mədrəsələrinə ayaq açmışdı. Mədrəsə şagirdləri Quranıən xətmindən sonra Gülüstana keçirdilər. Müdərrislər şagirdlərin insan əxlaqlı, hikmətli və ədalətli şəxsiyyət kimi formalaşması üçün tədris edirdilər.xa0
Sədi Şirazinin 1258-ci ildə tamamladığı xa0”x9dGülüstan”x9d əsəri yazılan islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. "Gülüstan"da xa0əhvalatlar, lətifələrdən, hikmətli sözlər, məsləhətlər və qısa şeirlər epik formada yazılıb. Əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. Ona qədər isə təbii ki, Şərq hökmdarlarının da stolüstü kitabı olub. Şah İsmayıl Xətai Sədidən sitatlar gətirməyi sevərmiş. Həmçinin Qaraqayunlu hökmdarı Cahan şah Həqiqi də Sədinin “Gülüstan”x9d əsərindən çox faydalanıb. Əxlaqi didaktik qəzəllər müəllifi olan Cahanşah Həqiqinin yaradıcılığında “Gülüstan”x9d təsirləri çoxdur.xa0

Sədi öz səyahətləri zamanı şeirlərini dərviş libasında oxuyub. Şeyxlərə, sufilərə qoşulub azadlıqsevərlərlə oturub-dururmuş. Bütün bunlar onun dünyagörüşündə böyük dəyişiklik yaradır. Şair xalqlar arasında mövcud olan əlaqələri, adət və ənənələri bütün dərinliyi ilə görüb və tanış olub. Bütün bunlar “Gülüstan”x9dın nə dərəcədə vacib əsər olduğuna bir sübutdur. əsərin özü də Şiraz hakiminin ədalətinə ithaf edilib.xa0
Elmin Nuri






































































































