Erməni veteran Cəbrayılda yeni kənd saldırır  - VİDEO

Erməni veteran Cəbrayılda yeni kənd saldırır - VİDEO

Hazırda oxunan: Erməni veteran Cəbrayılda yeni kənd saldırır - VİDEO

165136
Ermənilər işğal altındakı Cəbrayıl rayonunun xa0Araz sahilindəki “Araksavan”x9d kəndinin yaxınlığında Exeg adlı yeni kənd salırlar.xa0

Moderator.az-ın xa0erməni mediasına istinadla verdiyi xəbərdə belə deyilir. xa0

“ArtsaxTV”x9d-nin yayımladığı reportajda yeni yaşayış məntəqəsinin işğalçı erməni ordusu veteranının təşəbbüsü ilə salındığı vurğulanır. Qarabağın işğal edilməsinin iştirakçısı, “azatarmatik”x9d(erməni fədaisi) Ayk Avakyan xa0sözügedən ərazidə artıq bir neçə ildir ki, yaşayır. xa0O deyir ki, aprel döyüşləri zamanı da “Artsax”x9dın müdafiəçilərinə qoşularaq Azərbaycana qarşı döyüşüb. xa0İşğalçı veteranın təsərrüfatında xa026 qaramal var. Xankəndidəki separatçı-terrorçu rejim A.Avakyana mütəmadi dəstək verir. Bu yaxınlarda rejim rəhbəri Bako Saakyan erməni veterana traktor bağışlayıb. O, indiyədək həyətyanı sahəsində 500 xa0meyvə ağacı əkib. Su təchizatı və rabitə məsələləri öz həllini tapıb. Elektrik kəsintisi zamanı isə xa0veteranın oğlunun quraşdırdığı günəş batareyalarından istifadə edilir. Hazırda A.Avakyanın evinin yanında daha iki ev tikilir.

Qeyd edək ki, xa0Araz sahilində olan xa0“Araksavan”x9d kəndinin əsl adının nə olduğunu xa0dəqiqləşdirə bilmədik. Ermənistan ərazisində də eyni adlı kənd xa0var. Bu isə 1978-ci ildən “Araksavan”x9d adlandırılmış xa0və xa0Azərbaycan türklərinə məxsus olmuş Qəmərli kəndidir.

Xatırladaq ki, xa0dekabrın sonunda xa0erməni KİV-də Amerikanın Erməni Təşkilatı (ASAA) “Tufenkyan”x9d fondunun yardımı ilə Cəbrayılda Araz yaxınlığında Aracamuq xa0adlı yeni kəndin salınması barədə xəbərlər yayılmışdı.

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO