Məlum olduğu
kimi, 1918-ci ildə yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti
Osmanlı dövlətindən hərbi yardım göndərilməsi üçün müraciət ünvanlayıb. Hər iki
dövlət arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq, Osmanlı hərbiyyə
naziri Ənvər Paşanın əmri ilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam
Ordusu Azərbaycanın ən çətin günündə qardaş köməyinə gəlib və heç zaman dillərdən
düşməyəcək qəhrəmanlıq dastanı yazıblar.
Moderator.az
Qafqaz İslam Ordusunun zabitlərinin Azərbaycandakı qəhrəmanlıqlarından bəhs edən
silsilə yazılar təqdim edir. Həmin
silsilədən növbəti yazını ixtiyarınıza veririk.
III yazı
1918-ci ildə Azərbaycanı daşnak quldurlardan və bolşevik hərbi birləşmələrdən xilas etmək üçün köməyə gələn Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Qazax, Ağstafa, Tovuz, Şəmkir ərazisindən keçərkən yerli əhali onları böyük məhəbbətlə qarşılayıb, hətta onların sıralarına qoşulanlar da olub.
Türk
qoşunlarına qoşulanlardan biri də 19 yaşlı Ələsgər Musayev adlı nda yaraşıqlı, ucaboylu, pəhləvan cüssəli gənc
olub. Türk qoşunları Tovuzdan keçərkən Ə.Musayev Əlimərdanlı kəndi ilə rayon mərkəzi
arasındakı 8 kilometrlik məsafəni piyada gedib ki, türklərə baxsın. Əyinlərində əsgər paltarı, çiyinlərində
tüfəng olan igid türkləri görəndə Musayevin qanı cuşa gəlib. Elə ordaca qərar qəbul
edib ki, türklərlə birlikdə döyüşsün.
Kimin nə deyəcəyini, valideynlərinin razı olub-olmayacaqlarını belə düşünmədən türk zabitinə yaxınlaşıb sıralarına qatılmaq
istədiyini bildirib.
Bölük
komandiri Qədir Əfəndi ona yaxınlaşıb ərklə
danışan bu oğlanı başdan-ayağa diqqətlə süzüb. Ələsgərin boy-buxunu, uca qəməti, iti baxışı,
cəsarəti onun çox xoşuna gəlib. Hətta bu oğlan ona tanış gəlib, kim olduğunu
xatırlamağa çalışıb: “Allah, Allah... Yoxsa, bu, Şaynalıdı?.. Yoxsa mən yuxu
görürəm?.. İnsan necə də bir-birinə bənzəyərmiş”x9d?!
Ə.Musayev türk
zabitinin onu diqqətlə, başdan-ayağa sualdolu baxışlarla süzməsindən şübhələnib,
qorxuya düşüb. Fikirləşib ki, görəsən nə qəbahət işlətdi ki, zabit ona belə
şübhəli baxır? Ancaq az keçmir ki, Qədir Əfəndinin bu qəribə baxışının səbəbini anlayır. Komutan
əsgərləri yanına çağırıb deyir ki, bu dəliqanlı bizimlə birlikdə döyüşmək istəyir.
Adı Ələsgərdi. Amma mən ona bu gündən sonra Şaynalı Ələsgər deyəcəm.
Bilirsinizmi niyə? Çünki Canaqqala
savaşında şəhid olan Şaynalı adlı qəhrəman
əsgərimizə çox bənzəyir, sanki onun ekiz tayıdı. Onu görən kimi Şaynalını
xatırladım, hətta bir an mənə elə gəldi ki, o ölməyib, burda bizimlədir. Haydı, dəliqanlı, keç əsgərlərimin sırasına!
Şaynalı qorxmaz,
igid, vətənini canı-qanı qədər sevən və sonda da vətəni yolunda şəhid olan bir türk
əsgəri olub. Ələsgər də həmin gündən Şaynalının adını daşımağa başlayır, həm də
daşıdığı adın məsuliyyətini canına hopdurub , şərəfini qorumağa çalışır.
Qədir Əfəndi fürsət
düşdükcə Şaynalının necə döyüşçü olduğunu, hər kəsdən seçildiyini Ələsgərə danışır, qanlı döyüşdə düşmən mərmisindən bədənləri parça-parça olan, tikələri belə ələ
gəlməyən Çanaqqala əsgərlərindən söhbət açır: “18 mart döyüşü bəlkə də dünya hərb tarixində ən qanlı, ən dəhşətli
döyüş idi. İngilislər və fransızlar dənizdən
quruya çıxdılar. Təpələrin arxasından hücuma keçdilər. Amma biz
gavurlardan qorxmadıq. Tüfəngimizə süngü
taxıb əks hücuma keçdik, onları dənizə tökdük, zəfər qazandıq”x9d. Ələsgər bu söhbətləri
dinləyə-dinləyə özünü Şaynalının yerində hiss edir və bu adın Tovuza gəlməsindən, hörmətindən, xüsusilə də
bu qədər əsgərin içindən seçilib ona verilməsindən dolayı qürur duyur.
1918-ci ilin
iyun ayında Qafqaz İslam Ordusunun Göyçay yaxınlığındakı Qaraməryəm kəndini ələ
keçirmiş düşmənlərlə döyüşü baş tutur. Qaraməryəm, Ağsu şossesi və Müsüslü-Kürdəmir
dəmir yolu ətrafında qanlı döyüşlər gedir. Axşama yaxın Qaraməryəm demək olar
ki, düşməndən təmizlənir. Döyüşdə 300-ə yaxın türk əsgəri şəhid olur. Axşamüstü Qədir Əfəndi Şaynalı Ələsgəri
yanına çağırıb əvvəlcə təşəkkür edir. Daha sonra Ələsgərə bir tüfəng göstərib
deyir ki, əlindəki silahı ver mənə, götür bu tüfəngi - Şəhid Şaynalınındı. Bu tüfəngə layiq ola biləcək döyüşçü sənsən. Komutanın bu hərəkətindən çox
duyğulanan Ələsgər silahı əlinə alır, görür ki, silahın üstündə güzgü var. Silaha
diqqətlə baxdığını görən Qədir Əfəndi deyir ki, dəliqanlı, bu, başqa silahlara
bənzəməz. Çanaqqala belə aynalı tüfənglərin sayəsində keçilməz oldu, düşmənlər o torpağa ayaq basa bilmədilər.
Qadir Əfəndi
Ələsgərə aynalı tüfənglə yanaşı bir məktub da göstərir. Həmin məktubu şəhid
Şaynalı 18 martda baş verən şiddətli döyüşdən bir gün əvvəl yazıbmış. Atasına
ünvanladığı məktubda Şaynalı sabah qanlı döyüş olacağını, əgər şəhid olarsa,
oğluyla qürur duymasını tapşırıbmış. Amma Şaynalı məktubunu göndərə bilməyib.
Döyüşdə ağır yaralanıb və son nəfsində məktubu Qədir Əfəndiyə verib ki, atasına
göndərsin. Tale elə gətirib ki, Şaynalı gözlərini əbədi yumandan 5-10 dəqiqə
sonra Qədir Əfəndi də yaralanıb. Bir müddət müalicə alandan sonra yenidən
orduya qayıdan Qədir Əfəndinin sonralar da
imkanı olmayıb ki, şəhidin məktubunu valideynlərinə göndərsin. Əslində
istəyirmiş ki, müharibədən sonra mehmetciyin ailəsi ilə görüşüb məktubu versin. Amma döyüşdən-döyüşə, cəbhədən-cəbhəyə
yollanan Qədir Əfəndi ürəyinin üstündə gəzdirdiyi
məktubu özü ilə ta Azərbaycana qədər gətirib. Məktubu Şaynalı Ələsgərə göstərib deyir ki,
inşaallah Bakını azad etdikdən sonra vətəninə
dönən kimi ilk işi şəhid Şaynalının məktubunu atasına vermək olacaq.
Çanaqqalada məğlub
olmayan, Azərbaycanda zəfər qazanan Qədir Əfəndinin arzusunu amansız ölüm
gözündə qoyur. 1918-ci ilin iyul ayı Göyçay rayonunun Bığır kəndi ətrafında gedən
döyüşdə Qədir Əfəndi də yaralanır və şəhid
olur. O, gözlərini əbədi yummazdan əvvəl
“Şaynalı... məktub...”x9d sözlərini güclə də
olsa pıçıldayır. Ələsgər Qədir Əfəndinin ürəyinin üstündəki məktubu götürüb öz
ürəyinin üstündəki cibinə qoyur. Daha sonra taleyini dəyişdirən, gözünü açan,
dünyaya baxışını dəyişən, kim olduğunu özünə göstərən Qədir Əfəndini öz əlləriylə
dəfn edir.
Bakı azad
edildikdən sonra Nuru Paşa Şaynalı Ələsgəri qızıl medalla mükafatlandırır. Şaynalı
Ələsgər Tovuza özü ilə üç qiymətli əşya
aparır: aynalı tüfəng, şəhid Şaynalının
məktubu və altun medal. Şaynalı Ələsgərin
çox arzulayır ki, Qədir Əfəndinin
çatdıra bilmədiyi məktubu aparıb şəhid Şaynalının valideynlərinə versin.
Ancaq bu arzusu həyata keçmir. Çünki Sovetlər dönəmində “Türkiyə”x9d deyənin az
qala dilini kəsirdilər, ən yaxşı halda
isə ona “pantürkist”x9d damğası vururdular. Şaynalı Ələsgər də bir ömür bu “damğa”x9d
ilə yaşayır. Türk ordusunun tərkibində ermənilərə qarşı döyüşdüyünə görə sovet
hökuməti Şaynalı Ələsgəri bağışlamır.
Onu işgəncələrə, təqiblərə, təhqirlərə məruz qoyur. Amma Şaynalı Ələsgər aynalı
tüfəngini sovet hökumətinə vermir. 30-cu
illərdə NKVD-nin əlinə keçməsin deyə
bağda torpağa basdırdı. 1941-1945-ci il müharibəsindən sonra onu torpaqdan çıxarıb
evinin yuxarı başından asır. Satqınlar hökumətə
xəbər çatdırırlar ki, aynalı tüfəng yenə
də Şaynalı Ələsgərin evindədir. Başqa bir həmkəndlisi Şaynalı Ələsgəri qorumaq
üçün aynalını təkrar gizlətməyi məsləhət
görür. Aynalı tüfəng bu dəfə də bağda gizlədilir ”“ ot tayasının arasında.
Milislər hər yanı didik-didik edirlər, evin
axtarmadığı bir yerini qoymurlar. Allah şəhid Şaynalının xatirəsinin
tapdanmasına imkan vermir. Sonralar da təhlükə hiss edən anda gah
qonşuda, gah zirzəmidə, gah da tövlədə gizlədilən aynalı tüfəngin faciəsi sahibinin faciəsi ilə
“qoşa addımlayır”x9d. Sovet höküməti Şaynalı Ələsgəri müxtəlif bəhanələrlə həbs edir. Amma o nə
aynalı tüfəngini, nə şəhid Şaynalının məktubunu,
nə də 1918-ci ilin qanlı döyüşlərini, əsgər dostlarını, komutanını unutmur. Hətta
qorxmadan həbsxana yoldaşlarına da o günlərdən danışır, qəhrəman türklərin şücaətindən
bəhs edir. Doqquz il həbsdə yatsa da torpaq uğrunda, vətən yolunda
xidmətini gizlətmir, bunu ömrünün şərəf tarixi sayır.
Düz 65 il “həbsdə”x9d
qalan aynalı tüfəng isə 1991-ci ildən sonra “azadlığa çıxır”x9d. Şaynalı Ələsgərin
qızı Leyla xanım aynalı tüfəngi yenidən ata evinin baş divarından, atasının şəklinin
yanından asır. Həmin güzgünü tüfəngin
üstünə Çanaqqala qazisi Əli Dəmirəl düzəldib. Döyüşdə məğlub olmuş düşmən öz
tüfəngini səngərdə qoyub qaçır. Tüfəngi tapan mehmetciklər silahın arxa hissəsində güzgü olduğunu görürlər. Əli Dəmirəl deyir
ki, o da tüfəngə belə ayna qoya bilər. Elə də edir. Lakin Əli
Dəmirəl ingilislərdən fərqli olaraq tüfəngin iki tərəfinə də güzgü qoyur. Və
bundan sonra qəhrəman əsgərin düzəltdiyi aynalı tüfənglərdən hər manqaya bir dənə
verilir. Onlardan biri də şəhid Şaynalıda olur, üç il sonra həmin aynalı tüfəng Şaynalı Ələsgərin tale
pasportuna çevrilir.
Hazırladı:
Rumiyyə
Yazı peşəkar
jurnalist Züleyxa Nadirin Qafqaz İslam Ordusunun qələbəsinin 100 illiyinə həsr
etdiyi “Aynalı tüfəngin nağılı...”x9d məqaləsi əsasında hazırlanıb































































































