İlk insan yalnız Adəm və Həvvadırmı?

İlk insan yalnız Adəm və Həvvadırmı?

Hazırda oxunan: İlk insan yalnız Adəm və Həvvadırmı?

135048
Yaradılış sirləri ilə maraqlanan hər kəsi ilk növbədə bu sual düşündürür. İnsan necə yaranıb? Haradan gəlib və necə çoxalıb? Bu barədə mövcud dini və dünyəvi  elmlərin qəti bir rəyi olmasada ancaq ayrı - ayrı elm və din alimlərinin  çoxlu nəzəriyyələri var. 
Bütün səmavi dinlər eyni fikirdədirlər ki, ilk insan hz. Adəm və  zövcəsi Həvvadır. Sonrakı insan nəslinin hansı yolla artması mövzusunda demək olar ki, ortaq bir fikir yoxdur. Bu mövzu ətrafında  kiçik bir araşdırma apardıq. 
İlk növbədə onu qeyd edək ki, hz. Adəmin övladları arasında çarpaz evlilik məsələsi və insan nəslinin bu yolla çoxalması fikri çox məşhurdur. Onların bu qənaətə gəlməsində əsas səbəb kimi Allahın hz. Adəm və Həvvadan başqa heç bir insan yaratmaması fikridir deyə düşünmək olar. 

O zaman dünyada yalnız Adəm və onun zövcəsi vardırsa, sonrakı  insan nəslinin  davam etməsində onlar övladlar arasında evlilik üzərində dayanıblar. Amma Qurani ”“ Kərimə nəzər saldıqda bizə belə görünür ki, yaradılan ilk insan hz. Adəm olsa da, Allah başqa insanları da yaratmışdır. Dediklərimizi Qurandan ayələr gətirməklə əsaslandırmağa çalışaq.

Əl- Bəgərə sürəsi ayə 30.

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin yaradacağam!”x9d”“ dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”x9d”“ söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”x9d 
Ayənin ərəbcəsinə baxaq.

Ve iz kalə rabbuke lil melaikəti inni cailun fil ardı halifətən, kalu ə təcalu fiha mən yufsidu fiha və yəsfikud dimaə, ve nahnu nusəbbihu bi həmdikə və nukaddisu lək, kalə inni a”™ləmu ma la ta”™ləmun

Bəzi alimlərin fikrincə ayədə keçən “cailun”x9d sözünü düzgün tərcümə etməmək yalnış fikirlər ortaya çıxarıb. Hz. Adəm ilə əlaqəli başqa bir ayəyə nəzər salaq.

Hicr sürəsi ayə 28. 

“Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!”x9d
Ayənin ərəbcəsi:
“Və iz  qalə rabbukə lil məlaikəti innəə xaliqun bəşərən min salsalin min hamain masnun”x9d

Ayələrin tərcüməsinə diqqətlə nəzər saldıqda açıq-aşkar görünür ki, hər iki ayədə yaradacağam kimi tərcümə olunsa da, lakin birində “cailun”x9d o birində isə “ xaliqun”x9d kəlməsin işlənib.

Bəgərə surəsindəki ayədə Allahu ”“təala hz. Adəmin canişinliyindən, Hicr sürəsindəki ayədə isə yaradılış qayəsindən söhbət açır. Demək məsələnin bir köküdə burdadır. Cailun və xaliqun kəlmələrini düzgün anlamamaqdan yaranan problemlər sonra başqa məsələlərin də anlaşılmasında çətinliklər yaradır. 

Bu mənada Bəgərə sürəsində olan ayənin ən düzgün tərcüməsi “qan tökməkdə və fitnə salmaqda olan bir insanımı  xəlifə təyin edirsən”x9d kimidir deyə düşünürük. Adəmin  yaradılmış insanların içindən bir xəlifə təyin edilməsi aydın olur.
Allahu- təala xəlifə, canişin yaratmaq məsələsində “cailun”x9d sözünü işlədir. Sad sürəsində hz. Davudun xəlifəliyi məsələsindədə həmin feldən istifadə edilir. 

Fatir sürəsi ayə 11

Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.

Ayədə Allah sizi torpaqdan və nütfədən yaratdı deyir. Sonra buyurur ki, sizi cütləşdirdi. Əgər ayədə məqsəd ilk insanın yaradılışıdırsa burda iki nəfərdən söhbət getmir, cəm şəkilçisi əzvac kəlməsi işlənilir. Bu çoxluğa bir işarədir. 

Əraf sürəsi ayə 11

Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”x9d”“ dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı. 
Bu ayə Hz. Adəmin övladlarının xəlq edilmiş  başqa insanlarla ailə həyatı qurub çoxalmasına çox möhkəm bir dəlil verir. Ayədə sizi yaratdıq ( çoxluq ) , sürətlər verdik ( çoxluq ) yaradılışdan sonra dedik ki , Adəmə səcdə edin. Demək insanlar var və Allah yaradılmış insanların içindən Adəmi seçib mələklərə ona  səcdə edin deyir.Mələklərin Bəgərə sürəsində keçən ayədə insanın qan tökən,  fitnə- fəsat törədən olmasını haradan bilməsi, və həmçinin bütün insanlar hz Adəmdən və onun oğullarından törəmişsə ,  müxtəlif irqlər , qan qrupları necə olub meydana gəlib  sualına cavab tapılır  

Ali - İmran sürəsi ayə 33.
“Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.”x9d 

Ayədə Nuhun, İbrahimin seçilməsi tam anlaşılandır. Çünki başqa insanlar var və onların  içindən seçilir. Lakin heç kim yoxdusa Adəmin hansı insanların  içindən seçilməsi sualı ortaya çıxır. Seçim varsa alternativ var demək, bir nəfərdən seçim olmur... 

İnsanlar Adəmin etdiyi xətaya görə cənnətdən endirilməsində zövcəsi Həvvanı günahlandırırılar. Quran günahı hər ikisi bir yerdə etdi deyir. Həvvanın güya Adəmin qabırğasından yaradıldı fikri isə yəhudi mənbələrindən İslama keçmiş nağıllardan başqa bir şey deyildir. 

Osman Eminov, ilahiyyatçı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO