TQDK haqqında müdhiş iddia...

TQDK haqqında müdhiş iddia...

Hazırda oxunan: TQDK haqqında müdhiş iddia...

113263
Saytımızda TQDK - nın ləğvinin zəruruliyi ilə bağlı ekspertlərin rəyindən (həmin materialla bu linkdən tanış olmaq olar---moderator.az/news/113093.html)xa0sonra həmin qurumdan maraqlı məlumat daxil olub.

Məlumatlı mənbə bildirir ki, bu qurumun rəhbərliyi tərəfindən 10 ildən çox bir vaxtda boş qalan yerlərə qəbul çərçivəsində xeyli kənaraçıxmalara yol verilib. Belə ki, qurumun keçirdiyi imtahanlarda lazımı bal toplaya bilməyənlərin ixtisas qrupları dəyişdirilməklə yerləşdirmələr aparıldığı bildirilir.xa0

Məsələn, 2-ci ixtisas qrupu üzrə keçid balı toplaya bilməyənlərin əmrləri 1-ci ixtisas qruplarına verildiyi iddia olunur. Mənbə bildirir ki, bu cür qanunsuzluqlar özəl ali məktəblərdə kifayət qədərdir. TQDK rəhbərliyi isə uzun illər orta ixtisas təhsili məktəblərində boş qalan yerləri doldurmaqla məşğul olub. Nəticədə orta ixtisas təhsili məktəblərinin (kolleclərin) direktorları bu prosesin hesabına milyonlar əldə ediblər. Bu proses keçid ballarının bütün ixtisaslar üzrə 200 bal müəyyənləşdirilməsindən sonra dayandırılıb.xa0

Mövzu ilə bağlı fikirlərini nöyrənmək istədiyimiz təhsil ekspertlərindən bir deyir ki, TQDK-nın boş qalan yerlərə tələbə qəbulunun son 10 ili yoxlanmalıdır:

"Buna razılıq verilsə maraqlı faktlar ortaya çıxa bilər".xa0

Məsələ ilə bağlı TQDK-nın mövqeyini də olduğu kimi təqdim etməyə hazırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO