Moderator.az gündəmin əsas mövzusuna çevrilmiş olayla bağlı isti - isti səbəbkardan - prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən Rüfət Sabiroğlundan mini - müsahibəni oxuculara təqdim edir, özü də baş prokuror Zakir Qaralovla ekskluziv foto ilə:
- Atanız sizi ittiham etdi...
- Əzizim ATAM və ANAM!!! Elə sanırdınız ki, ancaq əkməklə, yalnız doğmaqla bitir! Qətiyyən.
- Siz indi hardasınız və atanızı belə bir mənəvi iztirabın içərisində qoyacağınızı hesablamışdınızmı?
- Atam məni rədd etsə də onu çox sevirəm. Sizdən xahiş edirəm ki, atamla mənim fotomuzu üzbəüz qoyun ki, heç olmasa burda doyunca öpüm. Mən indi Zərdabdayam və atamın hansı hislər keçirdiyini və keçirəcəyini heablamışdım.
Sabah onun başına bir iş gələ biləcəyindən qorxmadınızmı?
- Xeyr.
-Bakıya nə zaman dönəcəksiniz və ya dönəcəksinizmi?
- Allah Sizi güldürsün.
- Müxalifətə keçirəm deyirsiniz. Konkret hansı qurumda təmsil olunmaq niyyətindəsiniz?
- Mən şəxsiyyət olaraq keçirəm müxalifətə, millətimi qorumaqçün.
- Hansı müxalifətə? Olmaya özünüz partiya yaradacaqsınız?
- Hələ ona baxacam, görüm, millət nə deyir...




























































































