Etirazçılar hökumət binasına hücum etdi - PAŞİNYAN DAMA SNAYPERÇİLƏRİ ÇIXARDI - FOTO/VİDEO

Hazırda oxunan: Etirazçılar hökumət binasına hücum etdi - PAŞİNYAN DAMA SNAYPERÇİLƏRİ ÇIXARDI - FOTO/VİDEO

76357

Ermənistanın paytaxtı İrəvanda yenidən yürüş-mitinq keçirilib.

Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, paytaxtın mərkəzi ilə yürüş edən etirazçılar artıq Respublika meydanına toplaşıblar. 

Aksiya iştirakçıları “Nikolsuz Ermənistan” və “Xain Nikol” şüarları səsləndirirlər.

Əraziyə çoxlu sayda polis qüvvələri gətirilib, hökumət binası mühasirəyə alınıb. 

Qeyd edək ki, etirazçılar hökumət binasına daxil olmağa cəhd ediblər. Lakin polis onlara mane olub. Bundan sonra binanın damına snayperlər yerləşdirilib.

Oral Mədənçi, Bizim.Media

 

 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO