Sülhməramlılar ermənilərlə BUĞDA YIĞIR – Əsgərandan SON XƏBƏR - FOTO

Sülhməramlılar ermənilərlə BUĞDA YIĞIR – Əsgərandan SON XƏBƏR - FOTO

Hazırda oxunan: Sülhməramlılar ermənilərlə BUĞDA YIĞIR – Əsgərandan SON XƏBƏR - FOTO

31915

Rusiyanın Qarabağdakı sülhməramlı missiyası Əsgəran rayonu ərazisində ermənilərin buğda yığmasına kömək edib.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, sülhməramlı kontingentin üzvü İqor Sergeyev 9 avqustda missiyanın tapşırığı ermənilərin təhlükəsiz şəraitdə buğda toplamasına kömək etmək olub:

“Məhsul yığımı bir həftə davam edəcək və bizim iştirakımız vacibdir”.

Qeyd edək ki, Qarabağda məhsul yığımı sülhməramlıların minatəmizləmə əməliyyatlarına görə bir az yubanıb. Hazırda Əsgəranda yaşayan Suren Babayan qeyd edib ki, çox da böyük olmayan ərazidən buğda yığılır:

“Sülhməramlılar sağ olsun. Yaxında payız işləri start götürəcək”.

Qeyd edək ki, torpaqlar azad olunmazdan əvvəl Qarabağdakı üzümçülük və taxıl məhsulları ümumən Ermənistanın bu sahələrə tələbatının azı 40 faizini ödəyirdi. Qarabağdakı su ehtiyatları isə ermənilərin həm içməli su, həm də enerji ehtiyaclarına yarıbayarı dəstək olurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO