Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi genişlənib

Hazırda oxunan: Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi genişlənib

48680

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) dövlətləri ilə ticarət dövriyyəsi genişlənib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, müvafiq dövrdə İttifaq dövlətlərinə 9,7 milyardlıq məhsul ixrac edilib. İdxalın həcmi isə 1,8 milyard dollara bərabər olub.

Qeyd edək ki, ötən illə müqayisədə Aİ ölkələri ilə ticarət dövriyyəsi təxminən 3,6 milyard dollar həcmində artıb.

Belə ki, 2020-ci ilin 10 ayında Avropa İtiffaqı ölkələrinə 6,1 milyard dollarlıq məhsul ixrac edilib. Ötən il İttifaq ölkələrindən ölkəmizə idxalın dəyəri isə 2 milyard dollara bərabər olub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO