Güclü külək Xaçmazda məktəbin damını uçurdu

Hazırda oxunan: Güclü külək Xaçmazda məktəbin damını uçurdu

55573

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz rayonunda güclü külək qeydə alınıb.

Bizim.Media xəbər verir ki, külək rayonda bəzi fəsadlara törədib. Səhər saatlarından rayona elektrik enerjisinin verilişində fasilələlər yaranıb.

Külək Qobuqırağı kənd məktəbinin və Köhnə Xudat kəndində bir yaşayış evinin damını uçurub.

Xaçmaz Rayon Təhsil şöbəsinin müdiri İnqilab Musayev məktəbin damının uçması ilə bağlı Təhsil Nazirliyinin məlumatlandırıldığını deyib. 

Qeyd edək ki, hadisə zamanı məktəbdə heç kim olmayıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO