Etibar Əliyevdən Neft və Sənaye Universitetinin rektoruna AĞIR İTTİHAM - FOTOFAKT

Hazırda oxunan: Etibar Əliyevdən Neft və Sənaye Universitetinin rektoruna AĞIR İTTİHAM - FOTOFAKT

126338

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı səsləndirilir və tələbələr də hamısı bir ağızdan bunu oxuyub oynayırlarsa, bu əyləncə deyil, təhlükədir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev özünün Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tələbələr Universitetdə kriminal avtoritetin mahnısına rəqs etdilər – VİDEO


Onun sözlərinə görə, gənc nəsilə Universitetlərdə təhsil verməklə yanaşı həm də, onların tənqidi təfəkkürü inkişaf etdirilməli, onlar yüksək  davranışları ilə də seçilməlidirlər:

“Bu Universitetdə baş verən bu rüsvayçı hadisə göstərdi ki, tələbələr birgə ifa etdikləri bu mahnını elə auditoriyalarda da oxuyurmuşlar. Bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa biilməz. Mən bu ali məktəbin yanından keçəndə tələbə davranışlarından dəhşətə gəlirdim. Bu da nəticə. Baş qarışıb pul silməyə, qohumbazlıq, dostbazlıqla məşğul olmağa, Universitetin deqradasiyası bu tip rektorun heç vecinə də deyil. Z nəslindən ZEK nəslinə keçiddir bu! Xudayar təsnifini nə tez unutduq!”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO