Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır
Bayram günlərində Bakıda 42 ünvanda təmir işləri icra olunacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan avtomobil yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib:
“Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işləri həyata keçiriləcək.
Qeyd olunan işlərin bayram günlərinə təsadüf etməsi və nəqliyyat axınının nisbətən azalması nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılıb. Bu çərçivədə, paytaxtın bir sıra avtomobil yollarında 23 mart 2026-cı il saat 08:00-dan 30 mart 2026-cı il saat 22:00-dək təmir...