Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR
Qanunsuz olaraq süni intellektdən istifadə edərək foto və digər materilların hazırlanması və yayılmasına görə cəzalar müəyyənləşdirilir.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma, həmçinin, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni int...