Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bu il böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev şairin yubileyinin qeyd edilməsi ilə bağlı yanvarın 28-də Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sənəddə, həmçinin qeyd edilib ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng si...