DYP-dən sürücülərə ÇAĞIRIŞ: “Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!”
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.
Bununla əlaqədar yol polisi bir daha bütün yol hərəkəti iştirakçılarını son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.
Xüsusilə xahiş olunur:
-hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;
-nəqliyyat vasitələri arasında m...