Bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bizim.Media xəbər verir ki, dağlıq ərazilərdə qar yağır.
Belə ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay, Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan, Şamaxıda yağış, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Kişçay (Şəki), Qrız (Quba), Laza (Qusar), Şahdağda isə qar yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 20, Goranboyda 19, Ağstafa, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, ...