Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 11-12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qobustan, Xızı, Qusar, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Şabran, Xaçmaz, Quba, Siyəzən, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gəncə, Gədəbəy, Göygöl, Naftalan, Samux, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, L...