Bakı “Dumanlı Albion”a niyə çevrilib? – VİDEO
Günəşli hava deyəndə aydın səma nəzərdə tutulur. Amma səhər saatlarından indiyədək Bakıda həm günəşli, həm də dumanlı hava eyni anda müşahidə olunur. Təbiətin qəribə, eyni zamanda gözəl hadisəsi çoxuna maraqlı gəlir.
Bu necə ola bilər? Axı dumanlı hava deyəndə soyuq, çiskin mənzərə göz önünə gəlir...
Bizim.Media xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, adətən dənizkənarı ərazilərdə isti hava soyuq dəniz üzərindən keçəndə duman yarana bilər, çünki buxarlanma prosesi gedir.
Bundan başqa, soyuq binalar və dar küçələr isinməni gecikdirir, günəş çıxmış olsa da duman gec dağılır. Daha bir səbəb isə, temperatur inversiyasıdır: isti hava yuxarıda, soyuq hava aşağıda qalırsa, dum...