Güzəşt dövrü SONA ÇATDI – Hibrid və elektrikli avtomobillərdən ƏDV TUTULUR
Bu gündən etibarən hibrid və elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək.
Bizim.Media xəbər verir ki, hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəştinin müddəti başa çatıb.
Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, yanvarın 1-dən yalnız sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı 1 il müddətinə ƏDV-dən azad ediləcək.
...