Sürücülərin DİQQƏTİNƏ: Aeroport yolunda sürət həddi endirildi
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda bütün tablolarda "dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Bizim.Media...