İlham Əliyev: “Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır” - MÜRACİƏT
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu iştirakçılarına müraciət ünvanlayıb.
Bizim.Media xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli forum iştirakçıları!
Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram.
Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə sə...