Büdcə layihəsi ilk oxunuşda QƏBUL EDİLDİ
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bizim.Media xəbər verir ki, qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra büdcə layihəsi ilk oxunuşda qəbul olunub.
Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat çox olmaqla 38,6 milyard manat, xərcləri 296 milyon manat çox olmaqla 41,7 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat olmaqla, ÜDM-in 2,3 faizini təşkil edəcək.
Günay Şahmar, Bizim.Media...