Minimum əməkhaqqı gəlir vergisindən azad olunsun - TƏKLİF
"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də minimum əməkhaqqının gəlir vergisindən azad edilməsi ilə bağlı idi. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2 500 manatadək əməkhaqqı 3% gəlir vergisinə cəlb ediləcək".
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
"Dövlət və neft-qaz sektorunda olduğu kimi, özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub.
Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq, oxşar praktikanın Azərbaycanda da t...