Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı NEKROLOQ
Xəbər verdiyimiz kimi, Əməkdar artist Vahid Əliyev bu gün 73 yaşında vəfat edib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Vahid Əliyev VƏFAT ETDİ
Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi aktyorun ölümü ilə bağlı nekroloq yayıb.
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr və kino sənətimizin sevilən nümayəndəsi, Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub, 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışaraq yarım əsrə yaxın səmərəli fəaliyyəti ilə səhnəmizin yaddaqalan si...