Bakıda doqquzmərtəbəli binada yanğın oldu - İki nəfər tüstüdən zəhərləndi
Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca 30 paq.m telefon və internet kabeli yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media...