Saxta reseptlər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO
Bakıda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan dəstə üzvləri saxlanılıblar.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakinləri 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyeva saxlanılıblar.
Onlardan ümumilikdə psixotrop tərkibli 950 ədəd, o cümlədən 350 ədəd ...