Azərbaycan neftinin qiyməti 128 dolları keçdi
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,8 ABŞ dolları və ya 5,61 % artaraq 128,05 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti isə 123,49 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,8 % artaraq 114,41 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Bizim.Media...