Türkiyə mediasında yayılan DEZİNFORMASİYALAR - Qardaş ölkə mətbuatı Azərbaycandan NƏ İSTƏYİR? - TƏHLİL
Azərbaycan uzun illərdir ki, informasiya cəbhəsində hücumlara məruz qalır. Xüsusilə də, ölkəmizlə bağlı feyk məlumatların tirajlanması hallarına tez-tez rast gəlinir. Bunun nəticəsidir ki, mütəmadi olaraq dezinformasiya kampaniyasına qarşı mübarizə aparmalı oluruq.
Dəyişən tendensiya
Əvvəllər Azərbaycanla bağlı əsasən İran, Ermənistan, Rusiya mediasında feyk məlumatlar tirajlanırdı. İndi isə vəziyyət dəyişib. Təəssüflər olsun ki, son vaxtlar qardaş Türkiyənin mediasında ölkəmizlə bağlı yayılan əsassız iddia və dezinformasiyalara cavab verməli oluruq.
Ən xoşagəlməz məqam isə ondan ibarətdir ki, əvvəllər Türkiyədə ölkəmizlə bağlı feyk xəbərlər ikinci-üçüncü dərəcəli saytlarda dərc olu...