Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olundu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası istiqamətində xüsusi əməliyyat keçirib.
DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.
Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, “Instagram”da bu şəxslər tərəfindən “TT”, “Admiral”, “Bir-iki”,...