XİN: Bakının azad edilməsi dövlətçilik mübarizəsində dönüş nöqtəsi oldu - FOTO
Bakının azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə paylaşımında qeyd olunub.
Bildirilib ki, 1918-ci ilin bu günündə Azərbaycan korpusunu da özündə birləşdirən Qafqaz İslam Ordusu Bakıya daxil olaraq erməni–daşnak işğalına son qoydu:
"Paytaxtın azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu və xalqımızın, həmçinin onların müttəfiqlərinin birliyini, cəsarətini və fədakarlığını nümayiş etdirdi. 107 il sonra biz Vətənimizin azadlığı və müstəqilliyi uğru...