Xankəndinin erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxdı - VİDEO
Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, apa.az-ın əldə etdiyi görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub.
Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.
Qeyd edək ki, Katen Avanesyan bu gün qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
...