Prospekt, küçə, meydan və metro stansiyalarına yeni adlar veriləcək
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirıər Planı"nda əksini tapıb.
Sərəncama əsasən, il ərzində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikasında adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi təmin edilməlidir...