Baş Prokurorluğa yeni səlahiyyət VERİLİR
Azərbaycan Respublikası Baş Prokurorluğuna yeni səlahiyyət veriləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan ...