Ev qiymətinə satılan QƏBİRLƏR - Məzar yerləri əhaliyə pulsuz VERİLİR?
Bakıda bir çox qəbiristanlıq bələdiyyələrin balansına verilib. Yəni məzarlıqlara rəhbər təyin etmək, qəbir yerlərinin sıralanması, dəfn və dəfnlə bağlı digər işləri bələdiyyələr həyata keçirir.
Bu, Nazirlər Kabinetinin (NK) təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda öz əksini tapıb.
Dəfnlə bağlı bir çox məqamların yer aldığı Qaydada qəbir yerlərinin ayrılması və dəfnin təşkili məsələsi də vurğulanıb. Hazırda ölən şəxsin yaxınları meyiti dəfn etmək üçün müəyyən məbləğə qəbir yeri aldığını deyirlər. Yəni ölən şəxsin yaxınlarına məzar üçün yer ərazidən asılı olaraq müxtəlif qiymətə təklif olunur. Hətta təklif edilən məbləğ bir evin qiymətinə qədə...