BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yaydı
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 5-6 dekabr tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.
Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasından bildirilib.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına...