Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri - VİDEO
Bulduq kəndindəki bir ev digərlərindən çox fərqlənir. Bu evi fərqli edən onun tarixi keçmişidir.
Bizim.Media xəbər verir ki, İctimai TV Sabirabadın Bulduq kəndində yerləşən həmin evdən süjet hazırlayıb.
Bildririlir ki, ev dövrün zəngin bəylərindən biri olan Kərbəlayi Nəcəfqulu bəyə məxsusdur. Bulduq kəndinin əsası Nəcəfqulu bəyin babası Osmanlı ordusunun yüzbaşısı Mirzəli bəy tərəfindən qoyulub.
Nəcəfqulu bəyin qohumu Əliş Rzayevin sözlərinə görə, bu torpaqlar 1831-ci ildə türk ordusunun yüzbaşısı Mirzəliyə hədiyyə olunub.
1888-ci ildə evin bünövrəsi qoyulan zaman Kür daşqınları ziyan vurmasın deyə ən hündür yer seçilir.
1918-cı ildə mart qırğını zamanı Azərbaycana köməyə gələ...