İlham Əliyev rumıniyalı həmkarını TƏBRİK ETDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Rumıniyanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası əlaqələrimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.
Hazırda bir sıra sahələrdə tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait m...