Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Noyabrın 11-də başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatmaq üzrədir. Konfransın davam etdiyi 12 gün ərzində dünya ölkələrinin, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri Bakıda bir araya gələrək bütün bəşəriyyətin ortaq problemi olan iqlim dəyişikliyinin həlli yollarını müzakirə etdilər.
Yüksək səviyyədə təşkilatçılıq
Əvvəla onu qeyd edək ki, COP29-da 196 ölkədən 72 min nümayəndə iştirak etdi. Onların içərisində dövlət başçılarından tutmuş, sıravi ekofəallara qədər müxtəlif şəxslər var idi. Üstəlik fikir ayrılıqları da yetərincə idi. Lakin qonaqların böyük əksəriyyəti bir məsələdə həmfikir görünürdülə...