Bu dərmanlar sığorta hesabına ÖDƏNİLƏCƏK - SİYAHI
Dərman təminatı ilə bağlı yeniliklərdən biri “Pozitiv siyahı”nın formalaşdırılmasıdır. Pozitiv siyahı icbari tibbi sığorta hesabına ödəniləcək dərmanların rəsmi siyahısıdır və bu siyahının ilkin mərhələsi hazırlanır.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncə şəhərində təşkil olunmuş mediaturda deyib.
O, bildirib ki, siyahıya daxil edilən dərmanlarla bağlı bütün məlumatlar - təsiredici maddə, dozalar, kompensasiya faizləri İTS-nın əsmi saytında dərc olunacaq:
"İlk etapda siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan qan təzyiqini s...