Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyəyə aparılacaq – FOTO
Azərbaycan-Gürcüstan sərhədində türk hərbi yük təyyarəsinin qəzası nəticəsində şəhid olmuş hərbçilərin nəşi vətənlərinə çatdırılacaq.
MÖVZU İLƏ BAĞLI:
Şəhid olan ekipaj üzvlərinin FOTOLARI
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran X sosial şəbəkəsində yazıb.
O bildirib ki, həlak olmuş hərbçilərin cəsədləri A-400M təyyarəsi ilə gətiriləcək. Həmin təyyarə ilə Gürcüstana türk axtarış-xilasetmə və texniki dəstək qrupu səfər edib.
Duran, həmçinin gürcü tərəfinin qəzanın ilk dəqiqələrindən bütün imkanlarını səfərbər etdiyini, operativ şəkildə reaksiya verdiyini və axtarış-xilasetmə işl...