Hava kəskin dəyişir: Leysan, sulu qar XƏBƏRDARLIĞI
Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Oktyabrın 26-sı gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətl...