Naxçıvandan keçən dəmir yolunun tikintisinə BAŞLANILACAQ
Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə bildirib.
Onun sözlərinə görə, hazırda ildə 15 milyon tona qədər buraxılış qabiliyyəti olan Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır:
"Horadiz-Ağbənd dəmir yolu ilə bağlı işlər 2026-cı ildə tamamlanacaq. Paralel olaraq, Azərbaycan Naxçıvandan keçən, təxminən 200 kilometrlik dəmir yolu hissəsinin bərpası üzərində işləyir.
Biz bu magistralın layihələndirilməsini başa çatdırı...